Çörəyin qiyməti qalxdı-50 qəpik

Alıcılar narazılıqlarını gizlətmirlər

Source:


Alıcılar narazılıqlarını gizlətmirlər

Bizimyol.info-nun əməkdaşı paytaxt mağazalarındakı qiymətlərlə maraqlanıb. Jurnalist Rahat-Market-də alıcılarla söhbət zamanı çörəyin qiymətinin qalxması ilə rastlaşıb. Alıcılar narazılıqlarını gizlətməyib.

Mağazada alış-veriş edən xanımlardan biri deyir ki, qiymətləri insanlar süni şəkildə qaldırır: “Marketlərdə 1 manat qiyməti olan malı 3 manata satırlar. Bəzi mallar dəyərindən artıq qiymətə təklif olunur. Girdiyim bəzi mağazalarda əvvəl qiyməti 2 manat olan ərzağı 5 manata gördüm. Əvvəlcədən camaat arasında şayiə yayırlar. Deyirlər süni şəkildə qiymət qaldıranlar cəzalandırılacaq. Ancaq ortada heç nə yoxdur. Bayramqabağı qiymətləri bir az da qaldıracaqlar. Yenə maaşlar yüksək olsa, qiymət nə qədər qalxsa da millətin təsəllisi olar ki, onsuzda qazanc yerim var. Maaş da yoxdur axı. Hələ deyirlər yanvardan ixtisarlar olacaq”

Ana səhifəXəbərlərÇörəyin qiyməti qalxdı-50 qəpik