Müğənni boşanma ərizəsini məhkəməyə təqdim edib
Müğənni və aktrisa Cennifer Lopezin əri, aktyor Ben Afflekdən rəsmi boşanması üçün məhkəməyə müraciət etdiyi bildirilir.
Məlumata görə, Lopez avqustun 20-də Los-Anceles Ali Məhkəməsinə ərizəni vəkilin köməyi olmadan təqdim edib.
Qeyd edilir ki, Lopez və Afflek nikahdan əvvəl müvafiq müqavilə bağlamadıqları üçün aralarında əmlak bölgüsü olmayacaq.
Ərizədə qeyd olunub ki, Afflek Lopezdən 2024-cü il aprelin 26-da ayrılıb.
Cütlüyün hansı səbəbdən boşandığı açıqlanmır.
Cennifer Lopez və Ben Afflek 2022-ci il iyulun 16-da evlənmişdilər.