Cennifer Lopez 20 il öncə ayrıldığı aktyorla evlənib

Cennifer Lopez . Foto: Ovidiu Hrubaru/shutterstock

İndi onu Cennifer Afflek adlandırırlar

Müğənni və aktrisa Cennifer Lopezlə aktyor Benn Afflek evlənib.

Cütlük iyulun 17-də Nevada ştatında nikah sənədini imzalayıblar.

Cennifer Lopezin evləndikdən sonra ərinin soyadını götürdüyü bildirilir.

Sənədlərə görə, onu indi Cennifer Afflek adlandırırlar.

Lopez 2022-ci ilin aprelində Affleklə nişanlandığını elan etmişdi.

Cütlük təxminən 20 il əvvəl ayrılsa da, keçən il yenidən münasibət qurublar.

Ana səhifəMədəniyyətCennifer Lopez 20 il öncə ayrıldığı aktyorla evlənib