Cenevrədə məmura dini simvol qadağa edildi

İsveçrənin Cenevrə bölgəsində keçirilən referendumla dövlət qurumlarında işləyənlərin dini simvol daşıması qadağan edilib. Qadağaya başörtüsü də daxildir.

Ötən ilun aprelində dünyəvilik çərçivəsində qəbul edilən qanuna qarşı müxalifətdəki sol partiyalar və ölkədəki dini qruplar kampaniya başlatmışdılar. Bəzi xristian və müsəlman qrupların da dəstək verdiyi kampaniyada qanunla bağlı referendumun keçirilməsi üçün lazımi imza sayı toplanmışdı. Referendum dünən, fevralın 10-da həyata keçirilib və qanun 55 faiz səslə qəbul edilərək qüvvəyə minib. Referenduma qatılma sayı 43% olub. Qanuna qarşı kampaniya həyata keçirən İsveçrə mərkəzli Beynəlxalq İnsan Haqları və İnkişaf İttifaqı Dərnəyi lideri Ender Demirtaş qanunu İsveçrə Konstitusiya Məhkəməsinə götürəcəklərini və əgər nəticə əldə etməzlərsə, Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəklərini açıqlayıb.

Sol partiyalar qanunda hədəfin baş örtüyü olduğunu deyiblər və bu mövqeyi İslamafobiya adlandıraraq tənqid ediblır. 500.000 əhalisi olan Cenevrədə təxminən 25.000 müsəlman yaşayır.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/gj86vc

Ən çox baxılan