Azərbaycan çempionu Polşa komandasına uduzub
“Qarabağ” klubu iyulun 26-da UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyununu keçirib.
Azərbaycan çempionu Polşa təmsilçisi “Rakuv”la qarşılaşıb. Çenstoxovadakı “Miejski” stadionunda keçirilən matça saat 22:15-də start verilib.
“Qarabağ” Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Cəbəllütariq çempionu “Linkoln”u mübarizədən kənarlaşdırdırmışdı (2:1, 4:0).
Ağdam təmsilçisi “Rakuv”la ilk görüşdə məğlub olub. Qarşılaşma Polşa klubunun 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Cütün taleyinə avqustun 2-də Bakı Olimpiya Stadionunda keçiriləcək cavab oyununda aydınlıq gələcək.