İngiltərə klubu finalda “İnter”ə rəqib olub
Mayın 17-də UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ikinci oyunu keçirilib.
İspaniyada keçirilən ilk matçda “Real”la 1:1 hesablı heç-heçə edən “Mançester Siti” bu dəfə rəqibi ilə İngiltərədə üz-üzə gəlib. “Etihad” stadionunda keçirilən oyun saat 23:00-da start götürüb.
Qarşılaşma “Mançester Siti”nin 4:0 hesablı qələbəsi ilə başa çatıb. İki oyunun nəticəsinə əsasən, final görüşünə İngiltərə təmsilçisi vəsiqə qazanıb.
“Mançester Siti” final oyununda İtaliyanın “İnter” klubu ilə qarşılaşacaq.
Çempionlar Liqasının final matçı iyunun 10-da, İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçiriləcək.