İki kitabda aktyorun filmlərinin ssenarisi yer alıb
Türkiyəli komediya aktyoru Cem Yılmazın “Karakomik” filmlər silsiləsi kitab halında nəşr edilib.
“İnkılap Kitabevi” hazırlanan iki ayrı kitabın birincisində “2 Arada” və “Kaçamak”, ikincisində isə “Deli” və “Emanet” filmlərinin ssenarisi yer alıb.
“G.O.R.A”, “A.R.O.G”, “Yahşi Batı” və sair filmlərin quruluşçu rejissoru olan Cem Yılmaz, aktyor olmaqla yanaşı, karikatura rəssamı, dublyaj səsləndirməsi, musiqi ilə də məşğuldur.