Ermənistan silahlı qüvvələrinin cəbhədə atəşkəsi pozması nəticəsində mülki şəxslər arasında yaralananların sayı artıb.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Ağdamda qarşı tərəfin açdığı atəş nəticəsində daha üç dinc sakin yaralanıb.
Ağdamın Çəmənli kənd sakini, 1984-cü il təvəllüdlü Anar Abdullayev kürək nahiyəsindən, Qaradağlı kənd sakini 1985-ci il təvəllüdlü Elgiz Qarayev baş nahiyəsindən yaralanıb. Və 38 yaşlı Elnur Məmmədov yaralanıb.
Hər üç yaralı Ağdam rayon mərkəzi xəstəxanasına çatdırılıb.