Cahangir Hacıyev həbs edildi (yenilənib)

O, DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsindədir

Source:


O, DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsindədir


Beynəlxalq Bankın İdarə Heyətinin sabiq rəhbəri Cahangir Hacıyev 3 ay müddətinə azadlıqdan məhrum edilib.


C. Hacıyev barəsində Nərimanov rayon Məhkəməsində azadlıqdan məhrumetmə qərarı seçilib.


C. Hacıyev Cinayət Məcəlləsinin 178.3.2 (Dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) və 179.1 (Mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) maddələri ilə ittiham olunur.


C. Hacıyev Bakı İstintaq Təcridxanasına aparılıb.

Onu DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi saxlayıb

Beynəlxalq Bankın İdarə Heyətinin sabiq rəhbəri Cahangir Hacıyev saxlanılıb.

Faktı APA-ya Daxili İşlər Nazirliyindən (DİN) təsdiqləyiblər.

Məlumata görə, C. Hacıyevi DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi saxlayıb.

Bu barədə ilk xəbəri strateq.az saytı yayıb

Ana səhifəXəbərlərCahangir Hacıyev həbs edildi (yenilənib)