Orkestrin rəhbərinə isə 45 günlük həbs cəzası verildiyi bildirilir
Bülent Ersoyu müşayiət edən orkestrə bir ay həbs cəzası verilib.
Türkiyə mətbuatının yazdığına görə, buna səbəb Şimali Kipr Türk Cümhuriyyətinə giriş öncəsi təqdim edilən saxta PZR (Polimeraz zəncir reaksiyası-red) testləri
olub
.
Məhkəmə qərarına əsasən, iyirmi bir nəfərlik heyətə bir ay, orkestrin rəhbərinə isə 45 günlük həbs cəzası verilib.
Saxta COVİD-19 testi hazırlayan, bu işdə vasitəçi olan otel rəhbərliyi, həmçinin səhiyyə işçiləri ilə bağlı məhkəmə qərarı yaxın həftələrdə məlum olacaq.
Bülent Ersoyun saxta PZR testi hadisəsi bu il avqustun 28-də Kiprin Ercan Hava Limanında yoxlanış zamanı məlum olmuşdu.
Musiqiçilər PZR testini verdikdən sonra konsert zalına buraxılmışdı.
Bülent Ersoyun çıxışından sonra onlar təkrar polis bölməsinə gətirilərək, məhkəmə qərarı ilə bir ay nəzarət altında saxlanılıb.