“TETRIS” adlı tamaşanın məşqləri 4 ay davam edib
Gəncə “dAo” müstəqil teatrında premyera olacaq.
“TETRIS” adlı tamaşa iyunun 4-dən 6-dək təqdim ediləcək.
50 dəqiqəlik tamaşanın yaş həddi 15-dən yuxarı, nümayiş vaxtı isə 19:00-dır.
Layihənin ideya müəllifi və rejissoru ADO tetarının rəhbəri Elmin Bədəlovdur.
Tamaşada Rövşən Quliyev, Zeytun Həsənov, Aliyə Qasımova, Toğrul Hacıyev, Emina İsayeva, Elmin Bədəlov oyanayacaq.
Tamaşanın məşqəri dörd ay davam edib, aktyorlar isə sadə vətəndaşlar arasından seçilib.
Aktyorlar – Elgün Həmidov, İskra Tarrant “dAo” kollektivinə bədən plastikası dərsləri keçib.
Ardınca aktyor hazırlıqları keçən üzvlər daha sonra tamaşa hazırlığına başlayıblar.
Teatr “Mən çalım, sən oyna” proyekti çərçivəsində formalaşıb.
Tamaşada Pərviz Cəbrayılın “Yaşamaq boynuma düşdü”, Elmin Bədəlovun “Bircə sən susursan” şeirlərindən və “dAo” üzvlərinin yazdıqları hekayətlərdən istifadə olunub.
“TETRİS”də hər şey ritmlərin üzərindən keçəcək.
“dAo” 14 fevral 2021-ci ildə təsis olunub.