Amerika İran siyasi böhranı

Mənbə: Meydan.TV

Başlıq: Amerika İran siyasi böhranı

Britaniya: ABŞ-İran münaqişəsi "qəzayla" başlaya bilər

İngiltərə xarici işlər naziri Ceremi Hant (Jeremy Hunt) deyib ki, Fars körfəzində gərginliyin artmasıyla ABŞ-İran arasında münaqişə "hər hansı qəzayla" başlaya bilər, - Azadlıq Radiosu bildirir.

Hant mayın 13-də Brüsseldə fransız və alman xarici işlər nazirləri ilə danışıqlardan öncə jurnalistlərə açıqlama verib. Danışıqlar zamanı o həmçinin Avropa Birliyi xarici siyasət başçısı Federika Mogerini (Federica Mogherini) ilə İran və dünya gücləri arasındakı nüvə razılaşmasını müzakirə edib.

Onun xəbərdarlığı ABŞ-ın Fars körfəzinə hava qüvvəsi yerləşdirdikdən sonraya təsadüf edir. Vaşinqton İran tərəfindən təhlükənin olduğunu bildirmişdi.

Keçən həftə Tehran dünya güclərinin ABŞ sanksiyalarına qarşı İranın maraqlarını qorumadığı halda 2015-ci ildə imzalanmış nüvə razılaşmasından bəzi öhdəliklərini geri çəkəcəyini söyləmişdi.

Vaşinqton bir il əvvəl müqavilədən çəkildikdən sonra İrana qarşı sanksiyalar tətbiq etməyə başlayıb. Bundan sonra İran və ABŞ arasında gərginlik artmağa başlayıb.

Anlaşma çərçivəsində İran iqtisadi sanksiyalardan xilas olmaq üçün ölkənin nüvə proqramına qoyulan məhdudiyyətləri qəbul etmişdi.

Anlaşmanın Avropa tərəfdarları müqaviləni xilas etməyə çalışırlar, amma Tehran bu prosesin çox yavaş olmasıyla bağlı şikayət etmişdi.

Britaniya, Fransa və Almaniyanın xarici işlər nazirləri ilə görüşməzdən əvvəl Mogerini jurnalistlərə deyib ki, nüvə anlaşmasının Qərbi Avropa tərəfdaşları " bütün siyasi iradələriylə nüvə paktına dəstək verməyə çalışırlar".

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/dhns21

Ən çox baxılan