Braziliya prezidentini müşayiət edən hərbçidə 39 kiloqram kokain tapılıb

M.S.Rodriges indiyə qədər Braziliyanın üç prezidentini 29 beynəlxalq səfərdə müşayiət edib.

Source: Foto: BBC


Ölkə başçısı saxlanılan şəxs üçün ən sərt cəzanı tələb edib

Braziliya prezidenti Jair Bolsonarunu müşayiət edən hərbçilərin birinin narkotik daşıdığı məlum olub.



BBC

”-nin xəbərinə görə, prezidentin təyyarəsini müşayiət edən hərbi təyyarənin ekipaj üzvlərindən olan gizir Manuel Silva Rodriges İspaniyanın Sevilya şəhərində tranzit üçün enəndən sonra, onun əlində olanda baqaj yoxlanılı və 39 kiloqram kokain aşkar edilib.

Osakaya (Yaponiya) böyük 20-liyin sammitinə uçan Braziliya prezidentin təyyarəsi də Sevilyada tranzit üçün enməli idi, lakin planlar dəyişdiyindən təyyarə Lissabonda eniş edib.

M.S.Rodriges indiyə qədər Braziliyanın üç prezidentini 29 beynəlxalq səfərdə müşayiət edib.

Ölkənin vitse-prezidenti Amilton Mouran bəyan edib ki, saxlanılan şəxs peşəkar narkokuryer olub.

“Onda tapılan narkotikin həcmi göstərir ki, o, bunları sadəcə olaraq haradansa almayıb, o, peşəkar narkokuryer olub”, – vitse-prezident deyib.

Braziliya prezidenti “Twitter”də yazıb ki, saxlanılan gizir üçün ən sərt cəzanı tələb edir. Ölkə başçısı baş verən hadisənin qəbuleilməz olduğunu bəyan edib və Müdafiə Nazirliyini istintaqla sıx əməkdaşlıq etməyə çağırıb.

Ana səhifəDünyaBraziliya prezidentini müşayiət edən hərbçidə 39 kiloqram kokain tapılıb