Almaniya klubu PSJ-ni cavab matçında da məğlub edib
Mayın 7-də UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.
İlk oyun günündə Fransanın PSJ komandası doğma meydanda Almaniya “Borussiya”sını (Dortmund) qəbul edib. Qarşılaşma saat 23:00-da start götürüb.
Komandalar arasında Dortmundda keçirilən ilk oyun “Borussiya”nın 1:0 hesablı qələbəsi ilə başa çatmışdı.
Cavab matçında da qələbə qazanan tərəf Almaniya təmsilçisi olub. 1:0 hesablı qələbəyə sevinən “Borussiya” Çempionlar Liqasının finalına yüksəlib.
Çempionlar Liqasının digər finalçısının adına mayın 8-də keçiriləcək “Real” – “Bayern” görüşündən sonra aydınlıq gələcək.