BNA: Hikmət Babayev işdən çıxarılıb

O, efirdə çıxışı zamanı bildirmişdi ki, taksidən istifadə etmək əvvəllər olduğu kimi, müəyyən imkanlara bağlı olmalıdır

Source: соцсети


Şöbə müdirinin fikiri narazılığa səbəb olmuşdu

Bakı Nəqliyyat Agentliyinin (BNA) şöbə müdiri Hikmət Babayevin işdən çıxarıldığı bildirilir.

Bu barədə BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat

verib

.

Hikmət Babayev bir neçə gün öncə vətəndaşların taksidən istifadəsiylə bağlı qalmaqallı çıxışıyla gündəmə gəlmişdi. O, efirdə çıxışı zamanı bildirmişdi ki, taksidən istifadə etmək əvvəllər olduğu kimi, müəyyən imkanlara bağlı olmalıdır:

“Taksiləri gündəlik nəqliyyat vasitəsinə çevirmək düzgün deyil. Bunun üçün müntəzəm marşrut xətləri var”.

Azərbaycanda son iki-üç ildə taksi fəaliyyətində vahid tariflərin müəyyən olunması mövzusu tez-tez müzakirə edilir. Belə müzakirələrdən də birinin avqustun 31-də Bakı Nəqliyyat Agentliyində (BNA) keçirildiyi bildirilir.

BNA düşünür ki, bu xidmət sahəsi üzrə bır sıra çatışmazlıqlar var. Əsasən də qeyri-müəyyən tariflərin olması, taksi sürücülərinin az qazanması ən böyük problemlərdəndir:

"Aşağı gəlirlilik, süni rəqabət, xidmət keyfiyyətinin zəifliyi, hüquqi və fiziki şəxslərin, çağrı mərkəzi-operatorların statusunun olmaması kimi problemlər də var. Bunları aradan qaldırmaq üçün taksi fəaliyyətinin tənzimlənməsi, qanunvericiliyin təkmilləşdirilməsi və səmərəli nəzarət mexanizmlərinin yaradılması lazımdır. Konsepsiya bu məqsədlə hazırlanıb. Burada vahid dispetçer mərkəzinin yaradılması, tarif sisteminin və kvotanın tətbiqi, eyni zamanda, sahibkarlıq fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı məsələlər əksini tapıb".

Ana səhifəSosialBNA: Hikmət Babayev işdən çıxarılıb