BMT: ABŞ-ın Süleymaniyə edilmiş hücumu qanunsuz olub

İranın ali rəhbərindən sonra ölkənin ən güclü siması olaraq görünən Süleymani İranın Yaxın Şərqdəki siyasətinin memarı hesab olunurdu.

Source: BMT


“ABŞ hücumu əsaslandırmaq üçün həyati təhlükə barədə kifayət qədər dəlil təqdim etməyib”

Birləşmiş Millətlər Təşkilatı iranlı general Qasım Süleymaninin (Qasem Soleimani) ölümünə səbəb olan ABŞ-ın hücumunun beynəlxalq hüquq normalarını pozduğunu deyib, – BBC xəbər verir.

Süleymani bu ilin yanvarında İraqın Bağdad hava limanı yaxınlığında pilotsuz təyyarənin vurulması nəticəsində digər 9 nəfərlə birlikdə öldürülüb.

BMT-nin xüsusi məruzəçisi Agnes Kallamardın məruzəsində bildirilir ki, ABŞ hücumu əsaslandırmaq üçün həyati təhlükə barədə kifayət qədər dəlil təqdim etməyib.

ABŞ Dövlət Departamenti onu terrorçuları müdafiə etməkdə ittiham edib.

download.jpg
Qasım Süleymani

Keçən həftə İran ABŞ prezidenti Donald Tramp və öldürülmə ilə əlaqədar daha 35 nəfərə həbs qərarı çıxarıb.

İranın ali rəhbərindən sonra ölkənin ən güclü siması olaraq görünən Süleymani İranın Yaxın Şərqdəki siyasətinin memarı hesab olunurdu.

Ana səhifəDünyaBMT: ABŞ-ın Süleymaniyə edilmiş hücumu qanunsuz olub