Bir səhnə, iki aktrisa və apokrifik etiraflar…

Tamaşa aktyorun zamanla münasibətləri haqqında poetik rəvayətdir.

Source: Specify Source


“Yuğ”da yeni tamaşa nümayiş olunacaq

Noyabrın 17-də “Yuğ” Teatrında “Medeya. Sekvensiya 001” tamaşası nümayiş olunacaq.

Apokrifik etiraflar üzərində qurulan tamaşada rolları teatrın aktyorları, əməkdar artistlər Sonaxanım Mikayılova və Gülzar Qurbanova ifa edəcək.

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində nümayiş olunacaq tamaşa Medeyanı oynamağa cəhd edən iki aktrisa arasında dialoq üzərində qurulub.

Tamaşa aktyorun zamanla münasibətləri haqqında poetik rəvayətdir.

Vladimir Klimenkonun “Medeya Teatrı” pyesi əsasında səhnələşdirilən tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Mikayıl Mikayılov, quruluşçu rəssamı Umay Həsənovadır.

Tamaşa bu il Bakıda keçirilən “Boş məkanın dolğunluğu-2” Eksperimental tamaşalar festivalında nümayiş olunub.

Azərbaycan Teatr Xadimləri İttifaqı və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən festival rejissor, əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlunun xatirəsinə həsr edilmişdi.

Ana səhifəMədəniyyətBir səhnə, iki aktrisa və apokrifik etiraflar…