Beynəlxalq Bank Rusiya və Gürcüstanda nümayəndəliklərini bağlayır

”Bu, həm də ABB-nin özəlləşdirilməsinə hazırlıq planı ilə bağlıdır”

Source:


”Bu, həm də ABB-nin özəlləşdirilməsinə hazırlıq planı ilə bağlıdır”

“Azərbaycan Beynəlxalq Bankı” (ABB) Rusiya və Gürcüstandakı törəmə nümayəndəliklərini bağlamaq qərarına gəlib. Bu barədə bankın

məlumat

ında deyilir (“Turan” İA).

Bu qərar aparılan təhlilin nəticələrinə əsaslanıb və həmin nümayəndəliklərin iqtisadi effektivliyi nəzərə alınmaqla qəbul edilib.

“Bu, həm də ABB-nin özəlləşdirilməsinə hazırlıq planı ilə bağlıdır”, – məlumatda ABB İdarə Heyətinin sədri Abbas İbrahimova istinadən bildirilir.

“Müştərilər qarşısındakı bütün öhdəliklər yerinə yetiriləcək”, – məlumatda qeyd olunur.

Beynəlxalq Bankın rəhbərliyi 2015-ci ildə vəsaitlərin talanması ilə bağlı həbsə alınıb. C.Hacıyev və daha 7 nəfər bank məsulu mənimsəmə, dələduzluq, vəzifə səlahiyyətindən sui-istifadə kimi cinayətlərdə ittiham olunublar. C.Hacıyev 15, digərləri isə 11-13 il müddətinə azadlıqdan məhrum

ediliblər

.

Ana səhifəXəbərlərBeynəlxalq Bank Rusiya və Gürcüstanda nümayəndəliklərini bağlayır