Belarusun müxalifət lideri Svetlana Tixanovskaya

Mənbə: google.az

Başlıq: Belarusun müxalifət lideri Svetlana Tixanovskaya

Belarus müxalifəti danışıqlar təklif edir

BMT yetkilisi: “Gəlin başqa bir dəmir pərdənin Avropa qitəsinə enməsinə icazə verməyək”

Belarusun müxalifət lideri Svetlana Tixanovskaya cümə günü hökumət əleyhinə nümayişlərə basqılar zamanı törədilmiş “vəhşilikləri” sənədləşdirmək üçün beynəlxalq missiya yaradılmasını tələb edib.

“Reuters” xəbər verir ki, o, həftələrdir davam edən zorakılığa son qoymaq üçün danışığa getməyə hazır olduğunu qeyd edib.

Tixanovskaya BMT İnsan Hüquqları Şurasında Belarus böhranı ilə bağlı yüksək ittihamlarla çıxış edib.

Birləşmiş Millətlər Təşkilatının müstəntiqi Anais Marin iclasda üzv dövlətlərin mövcud geosiyasi uçurumun qarşısını almaq üçün hərəkət etməli olduğunu deyib. “Gəlin başqa bir dəmir pərdənin Avropa qitəsinə enməsinə icazə verməyək”,- o bildirib.

Marin deyib ki, Prezident Aleksandr Lukaşenkonun 9 avqustda yaşanan mübahisəli prezident seçkilərindən sonra 500-dən çox işgəncə faktına rast gəlinib və minlərlə insan “vəhşicəsinə döyülüb”. O qeyd edib ki, 10 mindən çox insan həbs edilib.

Seçkilər etiraz edənlər səsvermənin saxta şərtlərdə keçirildiyini deyirlər. Lukaşenko səsvermədə haqlı şəkildə üstünlük qazandığını iddia edir və ölkədə seçki sonrasında baş verənlərin Qərbin qarayaxma kampaniyasının bir hissəsi olduğunu bildirib və seçkilər zamanı olmuş sui-istifadə ittihamlarını rədd edib.

Rusiya, Belarus və digər nümayəndə heyətləri də daxil olmaqla BMT üzvlərinin etirazları ilə Marinin çıxışı bir neçə dəfə dayandırılıb.

BMT İnsan Hüquqları Şurasının iclasında Birləşmiş Millətlər Təşkilatının hüquqlarının müdiri Mişel Baçeletə (Michelle Bachelet) ilin sonunadək böhranı izləyib hesabat təqdim etməsi tapşırılıb.

Tixanovskaya 47 üzvlü dövlət forumuna göndərdiyi video müraciətində izləmə missiyasının qurulmalı olduğunu deyib. O, həmçinin hökumətin yenidən seçki keçirməli olduğunu bildirib.

Etirazlar əsnasında vətənindən Litvaya qaçan Tixanovskaya müraciətində “Mən hakimiyyətlə danışıqlara getmək və millətimizə təsir göstərən böhranın sülh yolu ilə həllini tapmaq istəyimizi bir daha vurğulayıram”,- deyə bildirib.

“Biz dinc vətəndaşlara qarşı zorakılığın dərhal dayandırılmasını tələb edirik. Bütün siyasi məhbusların dərhal sərbəst buraxılmasını tələb edirik”,- o əlavə edib.

Lukaşenkonun əsas müttəfiqi olan Prezident Vladimir Putin bazar ertəsi Belarusa 1,5 milyard dollar borc verməyə hazır olduğunu bildirib və hər iki ölkə Belarusda ortaq hərbi təlim keçirir. Hər iki ölkədən 800-ə yaxın hərbi heyət Belarusun Brest şəhəri yaxınında təlimə cəlb olunub.

BMT-nin debatı zamanı Ukraynanın Xarici işlər naziri Rusiyanı Belarusun suverenliyinə xələl gətirəcək və bölgədəki sabitliyi pozan addımlar atmaqda qınayıb.

“Yaxın qonşularımızın doğma şəhərlərinin küçələrində vəhşicəsinə döyüldüyü və özbaşına tutulduğu görüntülərini izləmək üzücüdür”, -Dmytro Kuleba debatda deyib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/hfjiu8

Ən çox baxılan