BƏƏ və Bəhreyn İsrail ilə əlaqələri normallaşdırır

İran hər iki müqaviləni qınayıb.

Source: Specify Source


Dövlət rəsmiləri müqavilə imzalayacaq

Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn çərşənbə axşamı İsrail ilə münasibətlərin normallaşdırılması istiqamətində sazişə imza atan növbəti ərəb dövətləri olacaq.

“Reuters” xəbər verir ki, bu, Yaxın Şərq ölkələrinin İrana qarşı strateji münasibətlərin yenidən formalaşması istiqamətində və ərəb dövlətləri arasında tabunun qırılması yönündə atılan addımdır.

ABŞ Prezidenti Donald Tramp bu münasibətlə Ağ Evdə mərasim təşkil edəcək.

BƏƏ və Bəhreyn ilə İsrail arasında münasibətlər sonuncunun Fələstin ilə uzun illərdir davam edən münaqişəsi sona çatmadan normallaşır.

ABŞ-ın vasitəçiliyi ilə keçirilən tədbirdə İsrailin Baş naziri Binyamin Netanyahu Əmirliklərin Xarici işlər naziri Şeyx Abdullah bin Zayed əl-Nahyan və Bəhreynin Xarici işlər naziri Abdullatif Al Zayani ilə müqavilə imzalayacaq.

Razılaşma ilə onlar İsrailin 1979-cu ildə Misir və 1994-cü ildə İordaniya ilə sülh müqavilələri imzalamasından sonra əlaqələri normallaşdırmaq üçün bu tip addım atan üçüncü və dördüncü ərəb dövləti olacaq.

BƏƏ-nin Xarici işlər üzrə dövlət naziri Ənvər Qarqaş çərşənbə axşamı ölkəsinin İsrail ilə münasibətləri normallaşdırma qərarını “psixoloji baryeri aşmaq” və bölgə üçün “irəliyə addım” kimi xarakterizə edib.

Hər iki müqavilə fələstinlilərin qınağına səbəb olub. Trampın diplomatik qələbəsi olaraq qələmə verilən sülh sazişləri onun Şimali Koreya ilə nüvə proqramı üzrə danışıqlarından sonraya təsadüf edir.

İsrail, BƏƏ və Bəhreynin bir araya gətirilməsi İranın bölgədəki nüfuzunun artması və ballistik raketlərin inkişafı ilə bağlı ortaq narahatlıqları əks etdirir, – “Reuters” qeyd edib.

İran hər iki müqaviləni qınayıb.

Bu müqavilələrin imzalanması Trampa 3 noyabr tarixində yenidən seçilmək üçün lazımlı olan İsrail tərəfdarı xristian evangelist seçicilər arasında dəstəyin artmasına kömək edə bilər, – “Reuters” əlavə edir.

Mərasimdən bir neçə saat əvvəl “Fox News”-a danışan Tramp daha da çox ərəb ölkələsinin İsrail ilə əlaqələri normallaşdıracağını gözlədiyini və fələstinlilərin də sonunda onlara qoşulacağını və ya “soyuqda kənarda tək qalmalı olacağını” deyib.

Ağ Evin əsas müraciəti körfəzin ən böyük ərəb dövləti olan Səudiyyə Ərəbistanınadır. İndiyə qədər İslamın ən müqəddəs yerlərini qoruyan və dünyanın ən böyük neft ixracatçısı olan səudiyyəlilər bu yaxınlaşmaya hazır olmadıqlarına bildiriblər.

Digər hədəf Omandır. ABŞ-ın yüksək səviyyəli rəsmisi bildirib ki, Omanın səfiri çərşənbə axşamı mərasimə qatıla bilər. Ancaq səudiyyəlilərin iştirak edib-etməyəcəyinə dair heç bir məlumat verilməyib.

Uzun müddətdir Trampı İsrail tərəfdarı olmaqda günahlandıran Fələstin rəhbərliyi əmiriyin İsrail ilə yaxınlaşmasını ümumi ərəb birliyinə xəyanət adlandırıb. İsrailin Baş naziri Netanyahu BƏƏ ilə normallaşma müqabilində işğal altında olan Qərbi Şəriyənin bəzi bölgələrini birləşdirmək planını təxirə salacağını söz verib.

Fələstinlilər qeyd edirlər ki, yeni razılaşmalar Fələstin dövlətçiliyi uğrunda uzun müddətdir davam edən ərəb mövqeyini zəiflədəcək.

İsrail ilə fələstinlilər arasında danışıqlar 2014-cü ildə pozulub. Buna baxmayaraq Körfəz ərəb dövlətlərinin İsrail ilə təmasları davam edib.

Ana səhifəDünyaBƏƏ və Bəhreyn İsrail ilə əlaqələri normallaşdırır