Bank-maliyyə sektorunun ağır durumu

Bu vəziyyətdən çıxış yolu ancaq bank sektorunun ciddi açılması, iri, nüfuzlu xarici bankların birbaşa bazara daxil olmaları üçün şəraitin yaradılmasıdır

Source:
foto Meydan TV
foto Meydan TV


Bu vəziyyətdən çıxış yolu ancaq bank sektorunun ciddi açılması, iri, nüfuzlu xarici bankların birbaşa bazara daxil olmaları üçün şəraitin yaradılmasıdır

Rəsmi məlumat: Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, 2016-cı il avqustun 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 7 milyard 843 milyon manat təşkil edib. Əmanətlərin 80,8 faizi xarici, 19,2 faizi isə milli valyutada qoyulub. Əmanətlərin 76,6 faizi əhali tərəfindən özəl banklarda yerləşdirilib.

Hökumətin və Mərkəzi Bankın atdığı addımlar əhali arasında ciddi panika yaradır. Bu ilin ilk 8 ayı ərzində vətəndaşlar banklardan 800 milyon manat depozitini çəkib. Son zamanlar bankların bağlanması panika havasını daha da artırıb. Hökumət əhali ilə danışmır, danışa bilmir, heç nəyi normal izah edə bilmir, əhali isə onsuz da məmurların dediklərinə inanmırlar. Beləcə bütün bank-maliyyə sektoru ciddi basqı altındadır. Problemli kreditlərin həcmi ilin əvvəlindən 2 dəfə artıb, banklar verdikləri kreditləri toplaya bilmir, yeni kredit xəttləri açılmır, bütün banklar gələcəklərindən inamsız şəkildə batmağa doğru gedirlər. Mərkəzi Bankın bu günə olan ehtiyatları bütün depozitlərin geri qaytarılmasına belə çatmayacaq səviyyədədir. Batan, bağlanan bankların aktivləri isə ya şişirdilib, ya da daşınmaz əmlak şəklində olan aktivlərin bu gün müştərisi yoxdur ki, satıb nəğd vəsait əldə edib, camaatın pulunu qaytarsınlar.

Bu vəziyyətdən çıxış yolu ancaq bank sektorunun ciddi açılması, iri, nüfuzlu xarici bankların birbaşa bazara daxil olmaları üçün şəraitin yaradılmasıdır. İri xarici banklar isə ÜTT-yə üzv olmayan, məhkəmə sistemi, mülkiyyət toxunulmazlığı bərbad olan ölkələrə gəlmirlər. Bundan başqa iri xarici banklar birbaşa bazara daxil olsalar, yerli “oliqarxiq” bank sistemi rəqabətə davam gətirməyəcək. Çünki, bizdə bank sistemi primitiv modellə işləyib: Manatın sabit və bahalı olduğu dövrlərdə xaricdən 3-4 faizlə kredit alıb, onu əhaliyə 20-30 faizlə satmaqla məşğul olublar. Banklar adi kredit təşkilatları kimi işləyiblər, nə yatırım portfelləri olub, nə özəl yatırım fondları yaradıblar, nə də ciddi əməliyyatlarda payçı olublar. Sadəcə seyf və borc verən qurum kimi fəaliyyət göstəriblər. Bu gün bütün bank sistemi onun acısını çəkir, primitiv iqtisadi modelin banklarda əksinin ağrısını yaşayır.

Maliyyə-bank sahəsi bütün ölkələrdə iqtisadiyyatın “qan-damar” sistemini təşkil edir, indi bizdə “damarlar” tutulub, “qan” işləmir, tibbdən də məlumdur ki, damarlarda tixac olanda, qan işləməyəndə pasient ölür.

Ana səhifəAnalitikaBank-maliyyə sektorunun ağır durumu