Bakıda polis azyaşlı uşaqları döyüb və təhqir edib

Polisin azyaşlı uşaqları döyməsi xəbəri hakimiyyət mediasında niyə yer almır?

Son günlərdə yayılan bir səs yazısı Azərbaycan cəmiyyətində şok effekti yaradıb. Hərçənd, Xətai rayon polisinin azyaşlı uşaqları döydüyü, təhqir etdiyi, alçaltdığı iddia edilən səs yazısı cəmiyyət üçün yeni bir siqnal da deyil. Ölkədə bircə dəfə polis şöbəsi təcrübəsi yaşayan hər bir şəxsə Mehman Hüseynovun yaydığı bu video çox tanışdır.

Maraqlı məqam bundadır ki, özünü müstəqil media, vətənpərvərlik keşikçisi, dövlətin maraqlarının müdafiəçisi kimi qələmə verən cib mediasında bu mövzu işıqlandırılmır. Hüquqi bir dövlətdə daxili işlər nazirinin istefası ilə bitə biləcək bir skandal heç nə olmamış kimi basdırılır, gözdən itirilir. Cib mediası bugünlərdə İlham Əliyevin möhtəşəm xarici siyasəti və dahiyanə intuisiyası barədə yazılar yazmaqla məşğuldur.

Ana səhifəVideoBakıda polis azyaşlı uşaqları döyüb və təhqir edib