Tədbir cəmiyyətdə qadının yeri və roluna diqqət çəkmək məqsədilə keçirilir
Martın 5-də Akademik Opera və Balet Teatrında rəssam və fotoqrafların “Harmoniya” adlı qrup sərgisi açılacaq.
Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə keçiriləcək tədbir 8 mart- Beynəlxalq Qadınlar Gününə həsr olunacaq.
Sərgidə 30-a yaxın rəssam, heykəltəraş və fotoqrafın 50-dən çox əsəri sərgilənəcək.
Tədbir cəmiyyətdə qadının yeri və roluna diqqət çəkmək məqsədilə keçirilir. Sərginin ekspozisiyasında müxtəlif üslub və texnikalarda işlənmiş rəngkarlıq, heykəltəraşlıq və bədii fotoqrafiya nümunələri, o cümlədən Azərbaycan Dövlət Rəsm Qalereyasının fondundan seçilmiş əsərlər də nümayiş olunacaq.