Festivalda dünya şöhrətli rəqs ustaları çıxış edəcəklər
Bakıda artıq üçüncü dəfədir keçiriləcək Beynəlxalq Tanqo Festivalının vaxtı məlum olub.
Argentinanın Azərbaycandakı səfirliyi tərəfindən noyabrın 29-dan dekabrın 1-dək reallaşacaq festivalda dünya şöhrətli rəqs ustaları çıxış edəcəklər.
Festivalın xüsusi qonaqları arasında dünya çempionları – Auqustina Piaccio və Maksim Gerasimov, Avropa çempionları – Sesiliya Akosta ilə Levan Qomelauri olacaq.
Həmçinin festival çərçivəsində məşhur bandoneon ustası Viktor Hüqo Vilena və mahir gitaraçı Lautaro Tissera tərəfindən də konsertlər veriləcək.
Festival öncəsi, noyabrın 8-də saat 17:00-da “İçərişəhər” metrostansiyasında Bakı sakinləri üçün yerli peşəkar tanqo ifaçıları tərəfindən şou təqdim olunacaq.