Fevralın 25-də dövlət başısı İlham Əliyev Sumqayıt şəhərinə səfər edəcək. Səfər Heydər Əliyevin abidəsinin ziyarəti ilə başlayacaq və prezident daha sonra “Azersun” Holdinq Karton zavodunun açılışında və bir sıra sosial obyektlərin açılışında iştirak edəcək.
Əvvəlki səfərlərdə olduğu kimi prezidentin səfəri öncəsi Sumqayıtda bir sıra yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.