“Azərsığorta”ya məhdudiyyət qoyuldu

Şirkətin avtomobillərin icbari sığortası ilə bağlı fəaliyyəti məhdudlaşdırılıb

Source: Meydan.TV

Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin qərarı ilə Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətinin (“Azərsığorta”) fəaliyyəti məhdudlaşdırılıb. Bu barədə qurumun saytında

məlumat verilib

.

Mayın 17-dən tətbiq edilən məhdudiyyət avtomobillərin icbari sığortası növünə aiddir.

Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətinin ("Azərsığorta") “Avtonəqliyyat vasitəsi sahiblərin mülki məsuliyyətinin icbari sığortası” üzrə bağladığı müqavilələrin Mülki Məcəlləyə, “Sığorta fəaliyyəti haqqında” və “İcbari sığortalar haqqında” qanunlara uyğun olmaması ilə şirkətə verilmiş icrası məcburi göstəriş-təqdimatlara vaxtında və tam əməl edilməyib. Buna əsasən Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin qərarı ilə "Azərsığorta"ya sığorta fəaliyyətinə verilən lisenziyanın qüvvəsi nöqsanlar aradan qaldırılana qədər məhdudlaşdırılıb.

Ana səhifəXəbərlər“Azərsığorta”ya məhdudiyyət qoyuldu