Azərbaycanlı rejissorun filmi “Oskar”a iddialılar siyahısından çıxıb

Foto: Oscar

Şamil Əliyevin “Yaradanlar”ı “shortlist”ə düşə bilməyib

Amerika Kino Akademiyası “Xarici dildə ən yaxşı film” nominasiyasında  “shortlist”ə daxil edilmiş 15 filmin adını açıqlayıb.

Bu siyahıya ümumilikdə 144 film təqdim edilib.

Qaliblər arasında Argentina, Avstriya, Pakistan, Mərakeş, Polşa və digər ölkələrdən filmlər təqdim edilib.

Azərbaycanlı rejissor Şamil Əliyevin “Yaradanlar” filmi isə “shortlist”ə düşə bilməyib.

Film “Oskar”a iddialılar siyahısından çıxıb.

“Yaradanlar” Mədəniyyət Nazirliyinin sifarişi ilə 2020-ci ildə “ Salnamə” kinostudiyasında lentə alınıb.

Filmin ideya müəllifi Azərbaycan Memarlar İttifaqının idarə heyətinin sədri, Əməkdar memar Elbəy Qasımzadə, ssenari müəllifi Xalq yazıçısı Natiq Rəsulzadə, quruluşçu operatoru Rüfət Süleymanov, rəssamı Lalə Hüseynzadə, bəstəkarı Azər Əsgərov, prodüseri Nazim Hüseynovdur.

95-ci “Oskar” mükafatlandırma mərasimi 2023-cü il martın 12-də keçiriləcək.

Azərbaycan 2007-ci ildən “Xarici dildə ən yaxşı film” üzrə “Oskar” mükafatına filmlərini təqdim edir.

“Qafqaz” (“Caucasia”) – rejissor Fərid Hümbətov (2007), “Qala” (“Fortress”) – rejissor Şamil Nəcəfzadə (2008), “Sahə” (“ThePrecinct”) rejissor İlqar Safat (2010), “Buta” (“Buta”) – rejissor İqlar Nəcəf(2012), “Çölçü” (“Steppe Man”) – rejissor Şamil Əliyev (2013), “Nabat” (“Nabat”) – rejissor: Elçin Musaoğlu (2014), “Nar bağı” (“Pomegranate Orchard”)– rejissor İlqar Nəcəf (2017), “Daxildəki ada” (“The Island Within”) – rejissor Rüfət Həsənov (2021) filmləri “Oskar”a təqdim olunsa da, namizədlikləri irəli sürülməyib.

Ana səhifəMədəniyyətAzərbaycanlı rejissorun filmi “Oskar”a iddialılar siyahısından çıxıb