Azərbaycanlı müğənni Kaliforniyada dəfn olunacaq

Foto: Firəngiz Rəhimbəyovanın “Facebook” səhifəsindən

Mərasim sentyabrda baş tutacaq

Avqustun 15-də Los-Ancelesdə vəfat edən müğənni və aktrisa Firəngiz Rəhimbəyovanın dəfn ediləcəyi yer məlum olub.

“Qafqazinfo” yazır ki, sənətçi vəfatından iyirmi iki gün sonra Kaliforniyanın “Valley Oaks Memorial Park” məzarlığında dəfn olunacaq.

Dəfn mərasimi sentyabrın 6-sı Amerika vaxtı ilə 11:00-12:00-da keçiriləcək.

Firəngiz Rəhimbəyova 1960-cı il avqustun 6-da Ağdam rayonunun Şişpapaqlı kəndində doğulub.

Ana səhifəMədəniyyətAzərbaycanlı müğənni Kaliforniyada dəfn olunacaq