Azərbaycanlı aktrisa Moskvada dəfn olunacaq

Tamilla Ağamirova 1960-cı ildə Azərbaycan Sovet Sosialist Respublikasının Əməkdar, 1982-ci ildə Rusiya Sovet Federativ Sosialist Respublikasının Xalq artisti adına layiq görülüb

Source: Specify Source


“Onun böyük ürəyi” filminin Səmayəsi vəfat etdi

Azərbaycan SSR-nın Əməkdar artisti Tamilla Ağamirova bu gün Moskvada Troyekurov qəbiristanlığında dəfn olunacaq.

TASS agentliyin

məlumat

ına görə, aktrisa ilə vida mərasimi 1952-ci ildən çalışdığı “Romen” Moskva Musiqili Dram Teatrındadır.

Tamilla Ağamirova 1928-ci ildə Bakıda doğulub. 1952-ci ildən fəaliyyətini “Romen” Moskva Musiqili Dram Teatrında davam etdirib. 93 yaşlı sənətçi aktiv ictimai fəaliyyətlə məşğul olub. O, Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Akademiyasının professoru, “Maski” Fondunun vitse-prezidenti, Beynəlxalq Akademiya Teatrının fəxri magistri idi.

Tamilla Ağamirova 1960-cı ildə Azərbaycan Sovet Sosialist Respublikasının Əməkdar, 1982-ci ildə Rusiya Sovet Federativ Sosialist Respublikasının Xalq artisti adına layiq görülüb.

Tamilla Ağamirova 1957-ci ildə Qriqor Kozintsovun “Don Kixot” filmindəki qrafinya Altisidora rolundan sonra məşhurlaşıb. Daha sonra “Onun böyük ürəyi” filmində Səmayə, “Əsl dost”da Bilqeyis, “Koroğlu”da Alagöz, “Matteo Falkone” filmində Cüzeppa, “Zəncirlənmiş adam” Fatma, “Yenilməz batalyon”da musiqi müəllimi obrazlarını canlandırıb.

Ana səhifəMədəniyyətAzərbaycanlı aktrisa Moskvada dəfn olunacaq