Mənbə: Google

Azərbaycandan Avstraliyaya 5.6 milyonluq narkotik maddə aparıldığı iddia olunur

Narkotik maddənin pərdənin içərisində aparıldığı bildirilir

Azərbaycandan Avstraliyaya 5.6 milyon dollar dəyərində “metamfetamin” aparan şəxs məhkəmə qarşısına çıxacaq. “The Sydney Morning Herald” polisə istinadən məlumat yayıb. Sayt xəbər verir ki, Azərbaycandan Sidney hava limanına sentyabr ayında beş pərdə göndərilib.

Avstraliya Sərhəd Qüvvələri nümayəndələri paketi açıb və hər pərdənin içərisində bağlı şəkildə “metamfetamin” aşkar edilib.

“Hər pərdədə yumşaq materialın içərisinə bükülmüş təxminən 1,5 kiloqram narkotikin olduğu aşkar edilib,” - NSW polisi mediaya açıqlamasında bildirib.

Polis deyir ki, tapılmış 7,5 kiloqram maddə 5.6 milyon dollar dəyərindədir.

Çatdırılmadan iki həftə sonra Fairfield Local Area-dən olan polis Vederil (Wetherill) Parkında yerləşən Hallstromda bir ünvanda yaşayan 48 yaşlı Arta Zahedini həbs edib.

O, ticari miqdarda narkotik idxalında ittiham olunub.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/09jyv4

Ən çox baxılan