Azərbaycanda son sutkada 885 nəfər koronavirusa yoluxub

“Aktiv xəstə sayı 20 min 706 nəfərdir”.

Source: Meydan TV


22 nəfərin vəfat etdiyi bildirilir

Sentyabrın 28-də Azərbaycanda 885 nəfər COVID-19 infeksiyasına yoluxub, 2114 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, analiz nümunələri müsbət çıxan 22 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 482 min 286 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:

"Onlardan 455 min 82 nəfər müalicə olunaraq sağalıb, 6 min 498 pasiyent ölüb. Aktiv xəstə sayı 20 min 706 nəfərdir".

Eyni zamanda, son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 min 525, bu günə qədər isə ümumilikdə 4 milyon 839 min 863 testin icra olunduğu vurğulanıb.

Ana səhifəSağlıqAzərbaycanda son sutkada 885 nəfər koronavirusa yoluxub