İndiyə qədər 46 min 295 nəfərin yeni koronavirusa yoluxduğu bildirilir
Oktyabrın 19-da Azərbaycanda 331 adam COVİD-19 infeksiyasına yoluxub, 4 xəstə ölüb, 107 nəfər sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 46 min 295 nəfərin koronavirus infeksiyasına yoluxduğunu bildirib.
"Onlardan 40 min 144 nəfər müalicə olunaraq sağalıb, 630 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 4521 nəfərdir", – məlumatda qeyd olunur.
O cümlədən, ötən müddətdə 1 milyon 232 min 636 testin aparıldığı qeyd olunub: "Bugünkü test sayı isə 4612-dir".