12 nəfərin vəfat etdiyi açıqlanıb
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 814 yeni yoluxma faktı qeydə alınıb.
Bu barədə martın 21-də Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat yayıb.
Bildirilir ki, 342 nəfər müalicə olunaraq sağalıb.
Son sutka ərzində COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.
Qərargah bildirir ki, Azərbaycanda ümumilikdə 246 304 nəfər koronavirus infeksiyasına yoluxub: "Onlardan 232 876 nəfər müalicə olunaraq sağalıb, 3 351 nəfər vəfat edib, aktiv xəstə sayı 10 077 nəfərdir".
Son 24 saat ərzində 8 386, ümumilikdə isə 2 776 535 testin aparıldığı açıqlanıb.