Azərbaycanda koronavirus: 95 yoluxma, vəfat edən yoxdur

“Bugünkü test sayı isə 10428-dir”.

Foto: Meydan TV


"Hazırda aktiv xəstə sayı 961 nəfərdir"

İyulun 3-də Azərbaycanda 95 nəfər COVİD-19 infeksiyasına yoluxub, 42 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bu gün koronavirus infeksiyasından vəfat edənin olmadığı bildirilib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 336 min 318 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

"Onlardan 330 min 380 nəfər müalicə olunaraq sağalıb, 4977 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 961 nəfərdir".

Qərargah ötən müddətdə 3 milyon 778 min 410 testin aparıldığını göstərib:

"Bugünkü test sayı isə 10428-dir".

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 95 yoluxma, vəfat edən yoxdur