Azərbaycanda koronavirus: 40 yoluxma, 1 nəfər vəfat edib

O cümlədən, son sutkada 6 213, indiyədək 3 728 712 testin aparıldığı vurğulanıb.

Foto: Meydan TV


"Hazırda aktiv xəstə sayı 784 nəfərdir"

İyunun 27-də Azərbaycanda 40 nəfər COVID-19 infeksiyasına yoluxub, 58 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, analiz nümunələri müsbət çıxan 1 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 335 836 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

"Onlardan 330 084 nəfər müalicə olunaraq sağalıb, 4 968 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 784 nəfərdir".

O cümlədən, son sutkada 6 213, hazırkı dövrədək isə 3 728 712 testin aparıldığı vurğulanıb.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 40 yoluxma, 1 nəfər vəfat edib