Azərbaycanda koronavirus: 30 xəstə vəfat edib

Foto: Meydan TV

“9372 nəfər sağalıb”

Fevralın 17-də Azərbaycanda 4449 adam COVID-19 infeksiyasına yoluxub, 9372 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, analiz nümunələri müsbət çıxan 30 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 764 min 202 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

“Onlardan 713 min 324 nəfər müalicə olunaraq sağalıb, 9 min 157 pasiyent ölüb. Aktiv xəstə sayı 41 min 721 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 min 558, bu günə qədər isə 6 milyon 447 min 62 testin icra olunduğu deyilir.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 30 xəstə vəfat edib