Azərbaycanda koronavirus: 1202 yoluxma, 18 ölüm

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 665, ötən müddət ərzində isə ümumilikdə 1 467 842 test aparılıb.

Source: Meydan TV


998 nəfərin sağalaraq evə buraxıldığı bildirilir

Noyabrın 11-də Azərbaycanda 1202 nəfərdə koronavirusa yoluxma halı qeydə alınıb.

Onlardan 998 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Məlumata görə, "COVID-19" üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 68 594 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Onlardan 51 007 nəfər müalicə olunaraq sağalıb, 885 nəfər vəfat edib.

Aktiv xəstə sayı 16 702 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 665, ötən müddət ərzində isə ümumilikdə 1 467 842 test aparılıb.

Ana səhifəSosialAzərbaycanda koronavirus: 1202 yoluxma, 18 ölüm