Sutka ərzində yoluxma sayı 1064 olub
İlin son günü Azərbaycanda 1064 adam COVİD-19 infeksiyasına yoluxub, 4127 nəfər müalicə olunaraq sağalıb, 32 nəfər ölüb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında qeyd edilib.
Operativ qərargah Azərbaycanda indiyə qədər 218 min 700 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:
“Onlardan 184 min 422 nəfər müalicə olunaraq sağalıb, 2641 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 31 min 637 nəfərdir”.
Qərargah ötən müddətdə 2 milyon 195 min 466 testin aparıldığını xatırladıb:
“Bugünkü test sayı isə 10 min 219-dur”.