20 ölkədən qonaqların dəvət olunduğu bildirilir
Azərbaycanda iyulun 29-dan 31-dək II Milli Yaylaq Festivalı keçiriləcək.
Təşkilatçıların məlumatına görə, festival Gəncədən 22 kilometr məsafədə, Hacıkənd qəsəbəsinə yaxın ərazidə yerləşən Xan yaylağında təşkil olunacaq.
Festivala yerli iştirakçılarla yanaşı, iyirmi iki ölkədən qonaqlar dəvət olunub.
I Milli Yaylaq Festivalı 2019-cu il iyulun 26-28-də “Cavad xan” Tarix və Mədəniyyət Fondunun təşəbbüsü ilə Gədəbəyin Düzyurd-Miskinli yaylağında keçirilib.
Festivala üç gün ərzində əlli mindən artıq ziyarətçi, 16 ölkədən 100-dən çox iştirakçı qatıldığı bildirilir