İtaliyalı güləşçinin ona edilən 300 min dollar qarşılığında Bakıda uduzmaq təklifini açıqlayandan sonra, azərbaycanlı idmançılara ayrılan pullar, onların təltif olunması yenidən gündəmə gəldi:
“Siyasi azadlıqlar olmayan Azərbaycanda ona görə idmana böyük investisiya yatırılır ki, idman uğurunu siyasi uğur kimi qələmə verirlər”.
İqtisadçı bu fikirdədir ki, böyük yarışmada medal alan hər idmançının 200-300 min manat təltif olunması, böyük rəqəm deyil.
Almaniyada yaşayan azərbaycanlı güləş hakimi deyir ki, oradakı idmançılar da hansısa güc strukturuna işə gedə bilər, amma o da hamı kimi imtahan verib bu işə girməlidir, idmançı olduğu üçün ona hər hansı imtiyaz tanınmır.