İlham Əliyev’in 10 aprel çıxışından: “Mənim narahatlığım dərmanların bahalaşması ilə bağlı idi. Bəzi hallarda qiymətlər 10 dəfə şişirdilirdi. Burada tamamiylə özbaşınalıq və anarxiya hökm sürür. Eyni zamanda ölkəyə keyfiyyətsiz dərmanlar gətirilirdi”.
Bəs #Azərbaycan’da ən iri dərman şirkətləri və apteklərinə kimlər nəzarət edir? Meydan TV olaraq bu kiçik araşdırmanı və infoqrafikanı sizə təqdim edirik:
“Pasha-K” – İlham Əliyevin xanımı, millət vəkili Mehriban Əliyeva
“AzəriMed” – İlham Əliyevin doğma dayısı Cəmil Əliyev
“Riad Farm” – İlham Əliyevin əmisi oğlu İlqar Əliyev
“Certus Farm” – Səhiyyə naziri Oqtay Şirəliyev (Rəsmi təsisçi Razim İsayev)
“Zəfəran” – Səhiyyə Nazirinin müavini Elsevər Ağayev (AzəriMed bağlantılı)
“Avromed” – Milli Məclisin deputatı Cavanşir Feyziyev
“Loğman Farm” – Milli Məclisin deputatı Ülvi Quliyev
Nərimanov rayonu, 354 saylı Aptek – Milli Məclisin deputatı İlyas İsmayılov
“Çeburaşka” – Saatlı icra başçısının müavini İlham Quliyev
Yaxın zamanlarda daha geniş araşdırma və detalları sizə təqdim edəcəyik.