101 nəfər sağalıb, 3 xəstə ölüb
Oktyabrın 15-də Azərbaycanda 530 adam COVİD-19 infeksiyasına yoluxub, 101 nəfər sağalıb, 3 xəstə ölüb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Operativ qərargah Azərbaycanda indiyə qədər 43 min 280 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib: “Onlardan 39 min 671 nəfər müalicə olunaraq sağalıb, 619 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 2990 nəfərdir”.
Eyni zamanda, ötən müddətdə 1 milyon 201 min 924 testin aparıldığı xatırlanıb: “Bugünkü test sayı isə 8054-dür”.