Azərbaycanda 904 nəfər koronavirusa yoluxub

“Aktiv xəstə sayı 12 min 631 nəfərdir”

Source: Meydan TV


"13 xəstə vəfat edib"

Oktyabrın 8-də Azərbaycanda 904 adam COVID-19 infeksiyasına yoluxub, 1196 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, analiz nümunələri müsbət çıxan 13 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 490 min 130 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

"Onlardan 470 min 861 nəfər müalicə olunaraq sağalıb, 6 min 638 pasiyent ölüb. Aktiv xəstə sayı 12 min 631 nəfərdir".

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 min 664, bu günə qədər isə 4 milyon 932 min 673 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda 904 nəfər koronavirusa yoluxub