Azərbaycan Türkiyədən pilotsuz təyyarələr almağı planlaşdırır

Azərbaycan və Ermənistan 1991-ci ildən etibarən Ermənistanın hərbi dəstəyi ilə işğal olunmuş Qarabağ bölgəsi uğrundan müharibə aparır.

Source: Foto: https://www.defensenews.com/


Zakir Həsənov bazar ertəsi Ankaraya səfəri edib

Azərbaycan Türkiyə istehsalı olan pilotsuz döyüş təyyarələri almağı planlaşdırır. Azərbaycanın müdafiə naziri parlament Türkiyədən silah alınması ilə bağlı qanun layihəsini təsdiqlədikdən sonra belə deyib.

“Bu istiqamətdə səylər (dronların alınması üçün) davam edir. İndi nəticələrimiz var”, – “

Defense News

” cümə axşamı Zakir Həsənovdan sitat gətirib.

Z.Həsənov bazar ertəsi Ankaraya səfəri edib.

Türk mənbələri ABŞ jurnalına açıqlamasında deyib ki, Azərbaycan Türkiyənin Liviyanın beynəlxalq səviyyədə tanınmış hökumətinə hərbi dəstəyi zamanı istifadə olunan uzun mənzilli taktiki pilotsuz döyüş təyyarəsi olan “Bayraktar TB2” ilə maraqlanır.

Pilotsuz təyyarə həmçinin kəşfiyyat işləri üçün istifadə edilə bilər.

Türkiyənin yaxın müttəfiqi olan Azərbaycan Ermənistanla müharibə şəraitindədir və daimi olaraq hərbi gücünü artırmağa çalışır.

Bundan öncə Azərbaycan Türkiyədən çoxistifadəli raket sistemləri (MLRS) alıb.

Azərbaycan və Ermənistan 1991-ci ildən etibarən Ermənistanın hərbi dəstəyi ilə işğal olunmuş Qarabağ bölgəsi uğrundan müharibə aparır.

Adı açıqlanmayan təhlükəsizlik təhlilçisi “Defense News” –a bildirib: “Türk silahlı dronları Liviya vətəndaş müharibəsində müvəffəqiyyətli oyun dəyişdiricisi olub”.

“Azərbaycan yəqin ki, hərbi dronları istifadə edərək (Cənubi Qafqazda) hərbi balansı öz xeyrinə dəyişdirməyə can atır”,- o deyib.

Ana səhifəSiyasətAzərbaycan Türkiyədən pilotsuz təyyarələr almağı planlaşdırır