Azərbaycan siyasətində Gülən amili

İlham Əliyev müasir informasiya dünyasında sirləri getdikcə daha tez-tez açılan qarışıq regional geosiyasət labirintlərində sabit çox istiqamətlilik xəttini davam etdirməyə bilməzdi

Source:


İlham Əliyev müasir informasiya dünyasında sirləri getdikcə daha tez-tez açılan qarışıq regional geosiyasət labirintlərində sabit çox istiqamətlilik xəttini davam etdirməyə  bilməzdi

Azərbaycan hakimiyyəti əvvəllər öz sıralarında apardığı kosmetik təmizləmələr zamanı müxalifətdə Gülən tərəfdarlarının olduğu haqqında heç nə deməyib.

Ankaranın dövlət çevrilişinə cəhddə və “paralel dövlət” yaratmaqda ittiham etdiyi Fətullah Gülənin mötədil, amma yarımasson “Hizmet” ordeninin tərəfdarlarının ovu Azərbaycana da yayılıb.

Prezident Ərdoğan iyulun 16-da uğursuz dövlət çevrilişi cəhdindən dərhal sonra növbəti dəfə prezident İlham Əliyevi Azərbaycanda Gülən şəbəkəsinin şaxələnməsi ilə bağlı qınayıb.

Cavab reaksiyası gecikməyib və Ankaranın siqnalının ilk qurbanı Azərbaycanın ANS telekanalı olub, kanal terrorizmin təbliğində ittiham olunub – çevriliş ərəfəsində Güləndən götürülmüş müsahibə nəzərdə tutulurdu. Prezident Əliyevin ailəsinin müsbət imicini cidd-cəhdlə təbliğ edən şirkət yüksək səviyyədə verilmiş qərarın qurbanı olub və məhkəmə qərarı ilə yayımını dayandırıb.

Azərbaycanda ali məktəblər arasında təhsil səviyyəsinə görə ən yaxşıuniversitetlərdən biri hesab olunan Gülənin “Qafqaz” Universitetinin taleyi də eynilə belə olub. Türk müəllimlər işdən qovulub və müəssisə SOCAR-a verilib. Digər təşkilati qərarlar da olub.

Qeyd etmək lazımdır ki, 2014-cü ildə Ərdoğanın Əliyevə ilk antigülən müraciətindən sonra Gülənlə əlaqələri ifşa olunan bəzi məmurlar işdən qovulub, Türkiyənin “Samanyolu” TV-nin yerli filialı bağlanıb. Onun texniki bazası yeni yaradılmış, AR Prezident Administrasiyasının nəzarətində olan “Xəzər” TV-yə keçib.

Bakıda hakimiyyət hər yolla Azərbaycanda Gülən tərəfdarlarından qurtulmağa çalışır və hətta gülənçilərə qarşı cinayət işi açıldığı haqqında məlumat da yayılıb. Rusiyanın “İnterfaks” agentliyi adı açıqlanmayan mənbələrə istinadla avqustun 15-də bildirib ki, Azərbaycanda gülənçilərin əsasını Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimlinin şəxsində müxalifət təşkil edir. Amma şübhəli informasiya sızıntıları istisna olmaqla, müxalifətçiyə qarşı hələ rəsmi iradlar irəli sürülməyib.

Eyni zamanda, Kərimliyə yaxın olan və xaricdən yayımlanan müxalif “Azərbaycansaatı” televerilişi Milli Təhlükəsizlik Nazirliyinin keçmiş əməkdaşı Ramin Nağıyevlə müsahibələr silsiləsi yayıb. O, Əliyevin komandasında keçmişdə Gülənlə əlaqələrinə görə artıq vəzifədən kənarlaşdırılmış və bir sıra yüksək vəzifələr tutmağa davam edən şəxslərin adlarını açıqlayır.

Azərbaycan hakimiyyəti əvvəllər öz sıralarında apardığı kosmetik təmizləmələr zamanı müxalifətdə Gülən tərəfdarlarının olduğu haqqında heç nə deməyib. Ərdoğanın Əliyevə təqdim etdiyi siyahılarda da müxalifətçilərin adı olmayıb.

Kərimli öz üittihamların əsassız olduğunu demokratik yolla seçilmişTürkiyə hökumətinə dərhal dəstək verməsiilə sübutedir, qiyam günü öz iqamətgahında vəziyyəti izləyən Əliyevin 15 saat susmasını qınayır.

Auditoriyaya məlum olaçaq informasiya hakimiyyətin hər yolla gülənçilər hərəkatından və onlarla əlaqələrdən qurtulmağa çalışdığını göstərir. Kərimliyə qarşı anonim iradlardan başqa heç bir ittiham yoxdur.

Azərbaycandakı rejimin Gülənlə, eləcə də Türkiyədəki digər müxtəlif cərəyanlar və qüvvələrlə heç bir əlaqəsi olmadığını düşünmək sadəlövhlük olardı. İstənilən vəziyyətdə, qüvvələrin istənilən şəkildə paylanması və proseslərin istənilən şəkildə inkişaf etməsi şəraitində Əliyev Türkiyənin istənilən hakimiyyəti ilə “Realpolitik” konsepsiyası çərçivəsində işləməli olub. Ərdoğanda belə edib, məsələn, Azərbaycanda şübhəli prezident seçkilərindən sonra islami etikadan deyil, praqmatik siyasətçi maraqlarından irəli gələrək Əliyevə siyasi dəstəyini ifadə edib.

Azərbaycanda rejim həmişə Türkiyə hakimiyyəti ilə əlaqədə olub və daxili və xarici sabitliyin təmin edilməsi üçün birgə layihələr həyata keçirib, maraqların balansını qoruyub saxlamaq üçün dövlət elitaları, dini qurumlar və biznes qrupları səviyyəsində çoxtərəfli əlaqələr yaradıb. Bu siyasətin əsasını Heydər Əliyev qoyub, o, bu əməkdaşlıq variantlarını şəxsən özü müəyyən edirdi və tərəfdaşlar müstəqil siyasət həyata keçirdiyi təqdirdə onları eyni şəkildə dayandırırdı. Bəzi Yaxın Şərq dini fondları və ya iqtisadi qruplarla da belə idi.

İlham Əliyev müasir informasiya dünyasında sirləri getdikcə daha tez-tez açılan qarışıq regional geosiyasət labirintlərində sabit çox istiqamətlilik xəttini davam etdirməyə  bilməzdi. Bəs Kərimlinin buna nə aidiyyatı var?

Ana səhifəAnalitikaAzərbaycan siyasətində Gülən amili