“Hüquqşünas Fərhad Mehdiyev xəstəxanaya qarşı iddia qaldırmaq istəyəndə, maraqlanır ki, bu, kimin xəstəxanasıdır”.
Hüquqşünas deyir ki, xəstəxana və həkimlər səhvlərindən dolayı məsuliyyətə cəlb olunmurlar.
“Məhkəmə işlərini udmaq üçün bəzən sadəcə qanunun sənin tərəfində olmağı kifayət etmir”.
Əldə olunan son dövlət statistikasına görə, hər 100 min doğuşda 14-ə yaxın ana ölüb.
Hər 1000 ölü və diri doğulan körpədən isə 8-i həlak olub.
“Azərbaycan səhiyyəsi hələlik sovet sisteminin ətaləti ilə irəliləyir”- həkim Adil Qeybulla belə hesab edir.
Ekspertlər düşünür ki, səhiyyəni vətəndaşın xeyrinə yönəltmək üçün icbari siğorta tətbiq olunmalıdır.
Azərbaycanda “İcbari tibbi sığorta haqqında” Qanun 18 il əvvəl qəbul edilib. Ancaq indiyə kimi bütün ölkədə tətbiq olunmayıb.
Ölkə üzrə icbari siğorta yalnız Yevlax və Mingəçevirdə həyata keçirilir.
Milli Məclisin Səhiyyə komitəsi sədrinin müavini Musa Quliyev mətbuata açıqlamasında ölkə ərazisində icbari tibbi sığortanın tətbiqi barədə yalnız 2019-cu ildə danışmaq mümkün olacağını bildirib.
Ötən bir ildə Azərbaycan səhiyyəsi başqa ölkələrin və beynəlxalq medianın da gündəmində oldu. ABŞ səfirliyi ölkəyə səfər edən vətəndaşlarına burada əməliyyat olunmamaq və apteklərdən dərman almamaq barədə tövsiyəsini bildirib.
Tbilisi “New Hospitals” Klinikasının direktoru Nika Okriaşvili bildirib ki, Azərbaycada səhiyyə yox səviyyəsindədir.
“Hər il Azərbaycandan 8 min adam klinikada müalicə alır”.
2018-ci ilin dövlət büdcəsi layihəsində səhiyyə xərcləri 5 mln daha azaldıldı. 2017-ci ildə də səhiyyəyə ayrılan vəsait 2016-cı illə müqayisədə azaldılıb təxminən 745 mln manat olmuşdu.
Bu yazı 7 ildən çoxdur ki, yayımlanıb.
Yayımlandı: 31 Dekabr 2017 22:11