Azərbaycan icbari tibbi siğortanın tətbiqinə başlayır

Pilot layihənin icrası 2016-ci ilin sonu 2017-ci ili əvvəlində Mingəçevir və Yevlaxdan başlayacaq

Source:
Zaur Əliyev, foto: APA
Zaur Əliyev, foto: APA


Pilot layihənin icrası 2016-ci ilin sonu 2017-ci ili əvvəlində Mingəçevir və Yevlaxdan başlayacaq

Azərbaycanda icbari tibbi siğortanın (İTS) tətbiqi Mingəçevir və Yevlax şəhərindən başlayacaq. Pilot layihənin icrası 2016-cı ilin sonu, 2017-ci ilin əvvəlindən etibarən həyata keçiriləcək.

“Turan” agentliyi yazır ki, bu barədə Nazirlər Kabineti (NK) yanında İTS üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev məlumat verib.

O, bildirib ki, bu ilin birinci yarısında siğortanın gələcək modelinin əsas xarakteristikası müəyyən edilib, qanunvericiliyə dəyişikliklər hazırlanıb:

“Bundan sonra tibb müəssisələrinin yeniliyə hazırlıq prosesi başa çatdırılacaq”.

Qurumun direktorunun məlumatına görə, İTS çərçivəsində əhalinin aztəminatlı təbəqəsinə, o cümlədən pensiyaçılara güzəştlər ediləcək.

Ana səhifəXəbərlərAzərbaycan icbari tibbi siğortanın tətbiqinə başlayır