Nazirlik artıq layihələr üzərində iş aparıldığını deyir
“Netflix” platformasında yayımlanacaq Azərbaycan filmləri ilə bağlı işlər artıq başlayıb. Bu barədə
APA-ya Azərbaycanın Mədəniyyət Nazirliyindən bildiriblər.
Mədəniyyət naziri Anar Kərimov bu ilin əvvəlində Türkiyə səfəri zamanı “Netflix Türkiye” platformasının idarə heyətinin sədri Mithat Özbek ilə görüşmüşdü. Nazir mətbuata açıqlamasında bildirmişdi ki, sədrlə Azərbaycan filmlərinin “Netflix”də yayımı ilə bağlı müzakirələr aparıb.
“Hazırda üzərində çalışdığımız bir neçə iddialı layihə var ki, onlar təhvil verildikdən sonra “Netflix” platformasına yerləşdirməyi nəzərdə tutmuşuq. Bu istiqamətdə işlər davam etdirilir”, – nazirlikdən bildirilib.