Azər Rəşidoğlu: Əli Əhmədovun müsahibəsi ciddi qanun pozuntusudur

”Qüdrət Həsənquliyevin sadaladığı siyahı “boz kordinal”ın mətbəxində hazırlanıb”

Source:
Azər Rəşidoğlu
Azər Rəşidoğlu
Azər Rəşidoğlu
Azər Rəşidoğlu


”Qüdrət Həsənquliyevin sadaladığı siyahı “boz kordinal”ın mətbəxində hazırlanıb”

Senytabrın 26-da səsverməyə çıxarılacaq Referendum Aktı gündəmin əsas mövzusudur. Hakimiyyətə yaxın siyasi dairələr və media mövzu ətrafında müzakirələrə başlayıb. İyulun 27-də BAXCP sədri, deputat Qüdrət Həsənquliyevin moderator.az saytına söylədikləri, iyulun 28-də isə baş nazirin müavini, YAP icraçı katibi Əli Əhmədovun “Azərbaycan” qəzetinə müsahibəsi bu qəbildəndir.

Siyasi şərhçi Azər Rəşidoğlu hər iki şəxsin açıqlamalarının yaratdığı suallara Meydan TV vasitəsilə cavab verib.

Azər Rəşidoğlu düşünür ki, Qüdrət Həsənquliyev hakimiyyətin mesajlarını çatdıraraq, ictimai rəyi bu istiqamətə yönəltmək istəyir:“Birinci vitse-prezident kimi Mehriban Əliyevanın adını çəkən Qüdrət Həsənquliyevin sadaladığı digər adlara fikir verin: “YAP-in sədr müavinləri, o cümlədən Ramiz Mehdiyev, Bəylər Eyyubov, Ramil Usubov, Kəmaləddin Heydərov, Vasif Talıbov vitse-prezident təyin olunmağa daha çox layiqdirlər”. Kənardan görünən budur ki, xarici güclər ölkənin siyasi elitasına təzyiqlərini artırmaq niyyətindədir. Qərbin siyasi dairələri ölkənin birinci şəxsinə təzyiqləri artırıb. İlham Əliyev referendum təşəbbüsü ilə Rusiya variantını bir qədər dəyişikliklərlə həyata keçirmək niyyətindədir. Qüdrət Həsənquliyevin müsahibəsində Mehriban Əliyevanın birinci vitse-prezident olmasının zəruriliyi vurğulanır, lakin maraqlı məqam başqadır. BAXCP sədrinin müsahibəsində birinci vitse-prezident kimi adı çəkilən şəxslərin siyahısında birinci ledinin komandasından olan bir nəfərin də adı yoxdir. Nə prezidentin siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun, nə vergilər naziri Fazil Məmmədovun adına rast gəlirik. Adı çəkilənlər Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə sadiq insanlardır. Dərhal görünür ki, siyahı “boz kordinal”ın mətbəxində hazırlanıb”.

Siyasi şərhçi xatırladır ki, eyni ssenari 2013-cü ildə də oynanılmışdı:“Xatırlayırsınızsa, 2013-cü ildə xarici güclər birləşib, mövcud hakimiyyəti yola salmaq istəyirdi. Azərbaycan iqtidarı Qərb üçün cazibədarlığını itirirdi. Neft müqavilələrinin gəliri Azərbaycanın xeyrinə dəyişəndən sonra, artıq heç kəs rəsmi Bakının nazı ilə oynamaq fikrində deyildi. Bu məsələ ilə bağlı Rusiyanın da razılığı alınmışdı. Belə bir vaxtda, 2013-cü ildə Rusiya prezidenti Vladimir Putin qəflətən Xəzərdə hərbi gəmi ilə peyda oldu. Ramiz Mehdiyev hakimiyyəti xilas edə bildi. Naxçıvan klanının təmsilçisi Qüdrət Həsənquliyevin açıqlamasından da görünür ki, vəziyyət yenə də kritikdir və “hakimiyyəti məcbur edə bilərlər” kimi ifadələrdən istifadə edir. Görünən budur ki, xarici təzyiqləri səngitmək üçün birinci xanımın birinci vitse-prezidentliyi məsələsu gündəmə gətirilir. Dövlət başçısı komandasına inanmır və elə buna görə də vitse-prezident postları təsis edilir. Dəyişikliklərə fikir verin – birinci vitse- prezident səlahiyyətələrə görə arzu edilməzsə, onun səlahiyyətləri vitse-prezidentə verilə bilər”.

“O zaman təkliflərdə prezidentə parlamenti buraxmaq səlahiyyəti necə izah oluna bilər”-sualına cavabda Rəşidoğlu deyib ki, mövcud parlamentin tərkibi oliqarxlardan və onlara tabe olan simalardan formalaşıb:

“Oliqarxiya üçün yeganə maraq maliyyəsini qorumaqdır və görünən budur ki, ölkə rəhbərinin onlara da inam yoxdur. Bu amili də ehtimal etmək mümküdür ki, referendiumdan sonra parlament buraxılacaq. Artıq yeni parlament uğrunda klanların mübarizəsi başlayıb və düşünürəm ki, erkən seçim olacaq. Yeni parlament ideyası kifayət qədər realdır. Ölkənin siyasi müstəvisində durum yetərincə ciddidir. Qüdrət Həsənquliyevin müsahibəsindəki mesajlar düzgün oxunsa, vəziyyətin nə qədər ciddi olduğunu anlamaq olur. Müsahibədən açıq sezilir ki, hakimiyyət çaşqınlıq içindədir”.

Siyasi şəhrçi Baş nazirin müavini Əli Əhmədovun “Azərbaycan” qəzetinə müsahibəsində 35 yaş senzinin götürülməsini əsaslandırmaq üçün dediyi “Şah İsmayıl Xətai 14 yaşında, Makedoniyalı İsgəndər 20 yaşında, Napoleon da ondan azacıq artıq yaşda dövlət başına keçiblər” fikrini belə qiymətləndirdi: “Əli Əhmədovun müsahibəsi adi konyuktur müsahibədir. Xüsusi sətiraltı mesajlar demək olar ki, yoxdur. Yalnız yaş senzi ilə bağlı tarixdən misallar gətirməklə ölkə rəhbərinə xoş gəlmək istəyr. İstisna etmirəm ki, onun da könlündən vitse-prezidentlik keçir. Onu da vurğulayım ki, Əli Əhmədovun bu müsahibəsi ciddi qanun pozuntusudur və Seçki Məcəlləsinin tələblərinin pozulmasıdır. Çünki referendum təbliğatına start verildikdən sonra, onun lehinə və yaxud əleyhinə təşviqat aparmaq mümkündür”.

Ana səhifəAnalitikaAzər Rəşidoğlu: Əli Əhmədovun müsahibəsi ciddi qanun pozuntusudur