''Azadlıq''ın həbsdə olan əməkdaşı: Günahsızam...

Ziya Əsədli

Ziya Əsədli

Məhkəmə kassasiya şikayətini təmin etməyib

İyunun 12-də Ali Məhkəmədə "Azadlıq" qəzetinin bölgə müxbiri Ziya Əsədlinin üç illik həbsilə bağlı kassasiya şikayətinə baxılıb. Jurnalist özü də məhkəmədə iştirak edib.

Təqsirsiz olduğunu söyləyən Z.Əsədli bildirib ki, o, heç bir cinayət törətməyib. Həbsinin sifarişli, haqqındakı hökmün də qanunsuz və əsassız olduğunu vurğulayan jurnalist Ali Məhkəmədən bəraət istəyib.

Vəkili Elçin Sadıqov da Z.Əsədlinin təqsirsiz olduğunu bildirərək, cinayət işinin materiallarındakı ziddiyyətləri Ali Məhkəmənin hakimlərinin nəzərinə çatdırıb. Müdafiəçi iş materiallarına əsaslanaraq bildirib ki, ötən il aprelin 19-da həmyerlisi Həsən Aslanovla davadan sonra ilk polisə müraciət edən Z.Əsədli olub.

Əvvəlcə onların ikisi də şahid kimi dindirilib. İcra başçısının verdiyi rəydən sonra isə Z.Əsədli təqsirləndirilən şəxs qismində tanınaraq, cinayət məsuliyyətinə cəlb olunub.

İcra başçısı Z.Əsədli barədə mənfi rəy verərək, onu cəmiyyətə yararsız şəxs kimi təqdim edib.

Vəkilin sözlərinə görə, zərərçəkmişin birinci ifadəsində iddia olunur ki, Z.Əsədli onu əli ilə vurub, sonradan telefon məsələsi ortaya çıxıb: "İkinci ifadəsində deyir ki, telefonla vurub. Məlumdur ki, bu da ittihamı ağırlaşdırmaq üçündür".

Z.Əsədlinin jurnalist fəaliyyətinə, müxalif mövqeyinə görə cəzalandırıldığını deyən vəkil bəraətverici əsaslarla onun barəsində cinayət işinə xitam verilməsini istəyib.

Lakin məhkəmə kassasiya şikayətini təmin etməyib.

Z.Əsədli Cinayət Məcəlləsinin 221.3-cü (silah və ya silah qismində əşyadan istifadəetməklə xuliqanlıq) maddəsilə ittiham olunur. O, 2017-ci il sentyabrın 7-dəməhkəmə zalında həbs olunub. Həmin gün Biləsuvar Rayon Məhkəməsində onun 3 il azadlıqdan məhrum edilməsi barədə hökm oxunub.

İttihama görə, aprelin 19-da onunla həmyerlisi Həsən Aslanov arasında mübahisə yaranıb və Z.Əsədli onu telefonla vuraraq xəsarət yetirib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/3wzcw0

Ən çox baxılan